İlkay Gündoğandan “Qalatasaray”dan ayrılacağı ilə bağlı iddialara cavab

12 Oktyabr 2026 03:35
90
İlkay Gündoğandan “Qalatasaray”dan ayrılacağı ilə bağlı iddialara cavab

Türkiyənin “Qalatasaray” futbol komandasının yarımmüdafiəçisi İlkay Gündoğan qış transfer dövründə İstanbul klubundan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 35 yaşlı futbolçu Çempionlar Liqasında “Barselona” ilə keçiriləcək qarşılaşma ərəfəsində İspaniyanın “Mundo Deportivo” nəşrinə müsahibə verib.

Gündoğan bu mövsüm az oyun vaxtı qazanmasına baxmayaraq, karyerasını “Qalatasaray”da davam etdirmək istədiyini vurğulayıb.

“Transfer barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Qış transfer dövründən sonra da burada qalmaq istəyirəm. “Qalatasaray”la daha bir çempionluq qazanmaq üçün əlimdən gələni edəcəyəm”, - deyə yarımmüdafiəçi bildirib.

Qeyd edək ki, İlkay Gündoğan cari mövsümdə “Qalatasaray”ın heyətində cəmi iki oyunda iştirak edib və meydanda ümumilikdə 11 dəqiqə keçirib.

İdman.Biz