Çexiyanın “Slaviya” futbol komandası Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Sabah”la keçiriləcək oyun üçün Bakıya gəlib.
İdman.Biz xəbər verir ki, bu barədə Praqa təmsilçisinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, “Sabah” - “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
