Renat Dadaşovun komandası son dəqiqələrdə qələbəni əldən verdi

11 Oktyabr 2026 22:37
95
Renat Dadaşovun komandası son dəqiqələrdə qələbəni əldən verdi

Ukraynanın “Bukovina” futbol komandası Premyer Liqanın səkkizinci turunda “Polissya” ilə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, Çernovtsı şəhərindəki “Bukovina” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Görüşün 18-ci dəqiqəsində qonaqların futbolçusu Maksim Braqaru hesabı açıb. Meydan sahibləri 44-cü dəqiqədə Vitali Daxnovskinin qolu ilə tarazlığı bərpa ediblər.

İkinci hissənin 55-ci dəqiqəsində Andrey Busko fərqlənərək “Bukovina”nı hesabda önə çıxarıb.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 65-ci dəqiqədə Oleq Kojüşkonu əvəz edərək meydana daxil olub.

“Bukovina” qələbəyə yaxın olsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. Görüşün əsas vaxtına əlavə olunan üçüncü dəqiqədə Vladislav Veleten penaltidən fərqlənərək “Polissya”nı məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra “Bukovina” xallarının sayını səkkizə çatdıraraq turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb. 19 xalı olan “Polissya” isə ikinci yerdədir.

İdman.Biz