Keyn “Bavariya”nın xal itkisini boşa verilən imkanlarla əlaqələndirdi

11 Oktyabr 2026 04:16
90
Keyn “Bavariya”nın xal itkisini boşa verilən imkanlarla əlaqələndirdi

“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasının beşinci turunda “Auqsburq”la 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu çoxsaylı qol imkanlarından istifadə edə bilmədiklərini söyləyib:

“Başqa bir gün bu oyunu qazanardıq. Rəqibə iki asan fürsət verdik və o, bizi buna görə cəzalandırdı. İki dəfə hesabda geri düşdük, topu həm tirə, həm də dirəyə vurduq. İnanılmaz sayda imkanımız oldu. Amma sonda heç-heçə ilə kifayətlənməli olduq”.

Bu oyundan sonra “Bavariya” 11 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Səkkiz xalı olan “Auqsburq” isə altıncı yerdədir.

İdman.Biz