“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik “Tottenhem”lə 1:1 hesablı heç-heçədən sonra azarkeşlərin komandanı fitə basmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis tərəfdarların etirazının ona ağır təsir etdiyini etiraf edib:
“Bu, xoş deyil. Mənə çox ağır təsir edir, çünki bu klub mənim üçün böyük əhəmiyyət daşıyır. Amma azarkeşlərin məyusluğunu başa düşürəm. Yenidən oyunlarda qələbə qazanmağa başlamalıyıq”.
Görüşdə Brayan Mbemo 73-cü dəqiqədə “Mançester Yunayted”i önə keçirib. Rodriqo Bentankurun qırmızı vərəqə alması ilə azlıqda qalan “Tottenhem” isə əlavə vaxtda Dominik Solankenin qolu ilə hesabı bərabərləşdirib.
Bu nəticə ilə “Mançester Yunayted”in qələbəsiz oyunlar seriyası dörd matça çatıb.
