“İnter” “Parma”nı üç qolla məğlub etdi, “Fiorentina” uduzdu - YENİLƏNİR - VİDEO

10 Oktyabr 2026 22:13
132
“İnter” “Parma”nı üç qolla məğlub etdi,  “Fiorentina” uduzdu - YENİLƏNİR - VİDEO

“İnter” İtaliya A Seriyasının altıncı turunda doğma meydanda “Parma”nı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada bütün qollar ilk hissədə vurulub.

Petar Suçiç 13-cü dəqiqədə hesabı açıb. Altı dəqiqə sonra Hakan Çalhanoğlu penaltini dəqiq yerinə yetirərək fərqi artırıb. Markus Türam isə 31-ci dəqiqədə oyunun yekun hesabını müəyyənləşdirib.

Mümkün 18 xaldan 16-nı toplayan “İnter” turnir cədvəlinə başçılıq edir. Dörd xalı olan “Parma” isə 17-ci pillədə qərarlaşıb.

Turun digər oyununda “Cenoa” doğma meydanda “Fiorentina”ya 2:1 hesabı ilə qalib gəlib.

İdman.Biz