“Bavariya” Musialanın qayıdacağı oyunu müəyyənləşdirdi

9 Oktyabr 2026 21:59
90
“Bavariya” Musialanın qayıdacağı oyunu müəyyənləşdirdi

“Bavariya”nın zədəli futbolçusu Camal Musialanın yaşıl meydanlara qayıdacağı tarixlə bağlı yeni məlumat yayılıb.

İdman.Biz xəbər verir ki, Münhen klubu 23 yaşlı futbolçunun oktyabrın 25-də “Frayburq”la keçiriləcək Bundesliqa matçında heyətə qayıtmasını gözləyir.

Musiala sentyabrın 24-də Almaniya millisinin Niderlandla oyunu öncəsi isinmə hərəkətləri zamanı sağ bud əzələsindən zədələnib. Əzələ liflərinin yırtılması səbəbindən futbolçu komandasının bir neçə görüşünü buraxmalı olub.

Hazırda fərdi məşqlərlə bərpa prosesini davam etdirən yarımmüdafiəçi oktyabrın 10-da “Auqsburq”la qarşılaşmada da iştirak etməyəcək.

Bununla belə, Musialanın “Frayburq”la oyunda meydana çıxacağı hələ dəqiqləşməyib. Onun komandaya qayıdışı bərpa prosesinin gedişindən asılı olacaq.

İdman.Biz