“Sauthempton”un baş məşqçisi casusluq qalmaqalından danışdı: “Həyatımı dəyişdi”

9 Oktyabr 2026 04:19
110
“Sauthempton”un baş məşqçisi casusluq qalmaqalından danışdı: “Həyatımı dəyişdi”

“Sauthempton”un baş məşqçisi Tonda Ekkert İngiltərə futbolunda gündəm yaradan casusluq qalmaqalının həyatına ciddi təsir göstərdiyini bildirib.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, 33 yaşlı mütəxəssis İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən altı həftəlik şərti diskvalifikasiya və 28 min funt-sterlinq cərimə ilə cəzalandırılmasından sonra ilk dəfə jurnalistlər qarşısına çıxıb.

“Bu, çətin idi və həyatımı dəyişdi. Hər şeyin asan keçdiyini desəm, doğru olmaz. Amma davam etmək üçün yol tapmalısan. Qərar verdikdən sonra isə bəhanələrə yer qalmır”, - deyə Ekkert bildirib.

O, araşdırmanın başa çatmasının həm özü, həm də yaxınları üçün böyük rahatlıq olduğunu vurğulayıb.

Qeyd edək ki, “Sauthempton” may ayında “Oksford Yunayted”, “İpsviç Taun” və “Midlsbro”nun məşqlərini gizli izlədiyini etiraf etdikdən sonra Çempionşipin pley-off mərhələsindən kənarlaşdırılıb. Dörd aydan çox davam edən araşdırmanın yekununda Ekkertə şərti cəza verilib və o, baş məşqçi vəzifəsini davam etdirmək imkanı qazanıb.

İdman.Biz