Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo komandadakı ilk aylarında heyəti dəyərləndirdikdən sonra iki futbolçunun xidmətindən imtina etmək qərarına gəlib.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin qapıçı Andrey Lunin və müdafiəçi Raul Asensionu gələcək planlarına daxil etməyib.
Hər iki futbolçu cari mövsümdə hələlik meydana çıxmayıb.
Məlumata görə, Asensionun yüksək maaşı onun başqa kluba satışını çətinləşdirən əsas amildir. Mourinyo əməliyyatdan sonra müdafiəçiyə açıq şəkildə dəstək versə də, ona güvənmədiyini göstərib.
Portuqaliyalı çalışdırıcı Lunini isə nə Tibo Kurtuanın gələcək əvəzləyicisi, nə də ehtiyat qapıçı kimi görür.
Mourinyo qış transfer pəncərəsində heyətə yeni futbolçular cəlb etmək istəyir. Bunun üçün klubun planlarına daxil olmayan oyunçularla yollarını ayırması nəzərdə tutulur.
Lunin və Asensionun komandadan ayrılmaq ehtimalı daha yüksək qiymətləndirilsə də, onların müqavilələrinin bu yaxınlarda yenilənməsi və yüksək maaşları mümkün transferlərə maneə yaradır.
