“İnter”in yarımmüdafiəçisi zədələndi - Milan derbisini buraxacaq

9 Oktyabr 2026 01:58
93
“İnter”in yarımmüdafiəçisi zədələndi -  Milan derbisini buraxacaq

İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Kertis Cons zədə səbəbindən komandasının qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, Milan klubunun rəsmi saytında yayılan məlumata əsasən, tibbi müayinədən keçən futbolçunun sağ budunun əzələlərində zədə aşkarlanıb.

Həkimlər yaxın günlərdə Consun vəziyyətini yenidən qiymətləndirəcəklər.

İtaliya mətbuatının məlumatına görə, yarımmüdafiəçinin bərpa müddəti təxminən 20-30 gün çəkəcək. Bu səbəbdən o, “Parma” ilə çempionat görüşünü, Çempionlar Liqasında “Brügge” və “Şaxtyor”la qarşılaşmaları, həmçinin oktyabrın 31-də keçiriləcək Milan derbisini buraxacaq.

“İnter” rəhbərliyi futbolçunun noyabrın 8-də “Komо”ya qarşı ev oyununa qədər sağalacağına ümid edir.

Qeyd edək ki, Cons avqustun 21-də “İnter”ə transfer olunub və klubla 2031-ci ilin iyununa qədər müqavilə imzalayıb. O, daha əvvəl “Liverpul”un heyətində 228 oyuna çıxıb, 22 qol vurub və 25 məhsuldar ötürmə verib. İngiltərə klubu ilə iki dəfə Premyer Liqanın qalibi olub.

İdman.Biz