Arteta finalda PSJ-yə məğlubiyyəti unuda bilmir: “Bu yara hələ də sağalmayıb”

9 Oktyabr 2026 08:13
98
Arteta finalda PSJ-yə məğlubiyyəti unuda bilmir: “Bu yara hələ də sağalmayıb”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının finalında PSJ-yə məğlubiyyətin təsirini hələ də hiss etdiyini etiraf edib.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis həmin uğursuzluğun həm özü, həm də komandası üçün əlavə motivasiya mənbəyinə çevriləcəyini bildirib.

“Arsen Vengerin dediyi kimi, bu məğlubiyyətin izi hələ də məndə qalıb. Damarlarımda hələ də həmin zəhər dolaşır. O, orada qalmalıdır, çünki biz məhz belə öyrənirik. Yəqin ki, bu, həm mənim, həm də digərləri üçün güclü stimul olacaq”, - deyə Arteta vurğulayıb.

Xatırladaq ki, mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçirilən Çempionlar Liqasının finalında “Arsenal” PSJ ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada Paris təmsilçisi penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəlib.

Bu, London klubunun tarixində ikinci Çempionlar Liqası finalı olub. “Arsenal” hər iki həlledici görüşdə məğlubiyyətlə üzləşib.

İdman.Biz