Asensio Ançelottini xatırladı: “O, mənim üçün sadəcə məşqçidən daha artıq idi”

8 Oktyabr 2026 21:50
64
Asensio Ançelottini xatırladı: “O, mənim üçün sadəcə məşqçidən daha artıq idi”

“Real Madrid”in müdafiəçisi Raul Asensio komandanın sabiq baş məşqçisi Karlo Ançelottinin onun futbolçu kimi inkişafında mühüm rol oynadığını bildirib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu italiyalı mütəxəssisin ona göstərdiyi etimadı heç vaxt unutmayacağını söyləyib.

“O, gözəl insandır. Mənim üçün sadəcə məşqçidən daha artıq idi. Karlo məni öz himayəsinə götürən, mənə inanan və “Sən bizimlə qalırsan” deyən insan idi. Onunla bağlı bu xatirələri həmişə əziz tutacağam”, – deyə Asensio bildirib.

Qeyd edək ki, “Real Madrid”in akademiyasının yetirməsi olan Asensio əsas komandada məhz Ançelottinin rəhbərliyi altında debüt edib. Müdafiə xəttindəki kadr itkiləri fonunda şans qazanan futbolçu sonradan əsas komandanın heyətində möhkəmlənməyi bacarıb.

İdman.Biz