AFFA rəsmisinə UEFA-dan dünya çempionatı üçün təyinat

8 Oktyabr 2026 21:23
80
AFFA rəsmisinə UEFA-dan dünya çempionatı üçün təyinat

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan yeni təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, qadınlar arasında DÇ-2027-nin seçmə mərhələsinin pley-offunun birinci raundu çərçivəsində keçiriləcək Albaniya – Uels matçında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qarşılaşma oktyabrın 9-da Albaniyanın Şkoder şəhərindəki “Loro Boriçi” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman.Biz