Mourinyo hakimlik qalmaqallarından danışdı: “Problem məndə deyil”

8 Oktyabr 2026 21:17
63
Mourinyo hakimlik qalmaqallarından danışdı: “Problem məndə deyil”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo karyerası ərzində hakimliklə bağlı üzləşdiyi problemlərə münasibət bildirib.

İdman.Biz “Corriere dello Sport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis tez-tez belə vəziyyətlərlə qarşılaşmasını uğursuzluqla əlaqələndirib.

“Hakimlər? Problemin məndə olduğunu düşünmürəm. Sadəcə, hansı kluba getsəm, bəxtim gətirmir. “Real”da işlədiyim dövrdə Neqreyra işi ilə bağlı mühüm bir mərhələ yaşadıq. O vaxt bundan heç kimin xəbəri yox idi, amma biz bunları yaşadıq. Mən ayrıldım, indi isə hamı bu işdən xəbərdardır. Daha sonra Türkiyədə böyük qalmaqal baş verdi. Tez-tez belə vəziyyətlərlə üzləşirəm”.

Qeyd edək ki, “Real” La Liqada yeddi turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə 21 xalla “Barselona” başçılıq edir.

İdman.Biz