Frankfurt “Ayntraxt”ının 15 yaşlı futbolçusu Niko İliçeviç bir sıra aparıcı Avropa klublarının diqqətini cəlb edib.
İdman.Biz "Sky Sport"a istinadən xəbər verir ki, gənc futbolçunun inkişafını “Real” Madrid, “Barselona” və “Mançester Siti” izləyir.
İliçeviçə İtaliyanın “Milan” və “İnter” klublarının da maraq göstərdiyi bildirilir.
Məlumata görə, “Ayntraxt” Almaniyanın U-17 millisinin üzvünə peşəkar müqavilə təklif etməyi və onu uzunmüddətli sazişlə komandada saxlamağı planlaşdırır.
Güclü rəqabətə baxmayaraq, “Ayntraxt”ın öz mövqeyini əlverişli hesab etdiyi qeyd olunur. Klub təkcə müqaviləni uzatmaq deyil, yaxın vaxtlarda İliçeviçi əsas komandaya cəlb etmək niyyətindədir.
Oktyabrın 31-də 16 yaşı tamam olacaq futbolçu bundan sonra peşəkar komandada çıxış edə biləcək.
