İspaniya millisi Millətlər Liqasının dördüncü turunda Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. İspanlar Mikel Merinonun dublu sayəsində oyunun gedişində geridə düşdükdən sonra hesabı bərabərləşdirib və qələbə qazanıblar.
İdman.Biz xəbər verir ki, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente qarşılaşmadan sonra komandasının xarakterindən məmnunluğunu ifadə edib.
“Bu, heç vaxt ruhdan düşməyən və matçdan-matça bizi təəccübləndirən fantastik futbolçu qrupudur. Bugünkü oyunda güclü rəqibə qarşı və belə bir atmosferdə… İkinci hissədə biz aydın şəkildə daha üstün idik və qarşılaşmanın axarını dəyişdik. Bu, böyük hörmətə layiq olan qələbədir.
Birinci hissədə biz onları yorduq, ikinci hissədə isə vəziyyətə tam nəzarət etdik - onlar bizə yalnız nadir əks-hücumlarda təhlükə yaradırdılar ki, bu da təbiidir. Lakin oyuna baxaraq əmin idim ki, nəticəni öz xeyrimizə dəyişəcəyik.
Mikel Merino isə… Mən həmişə deyirəm ki, bizdə öz mövqelərində dünyanın ən yaxşı oyunçuları toplaşıb və Mikel də onlardan biridir. O, dünyanın mütləq istənilən komandasında oynaya bilərdi. Biz ondan maksimum səmərəlilik əldə edirik. O, ehtiyatdan oyuna daxil olub anında oyunun ritmini tutmağı bacarır ki, bu asan deyil, həmçinin, güclü qol duyumuna malikdir.
Məqsədimiz qələbələri davam etdirməkdir. Biz artıq ardıcıl 42 matçdır məğlub olmuruq və bu nailiyyəti artırmaq istəyirik. Komandama görə qürur duymağımın əsas səbəbi budur. Bu futbolçularla işlədiyim üçün bəxtim gətirib”.
