Modriç İspaniya ilə oyun öncəsi Xorvatiyaya səsləndi: “Dəyərimizi sübut etməliyik”

5 Oktyabr 2026 23:42
96
Modriç İspaniya ilə oyun öncəsi Xorvatiyaya səsləndi: “Dəyərimizi sübut etməliyik”

Xorvatiya millisinin futbolçusu Luka Modriç Millətlər Liqasının dördüncü turunda İspaniya ilə oyun öncəsi İngiltərəyə 0:7 hesabı ilə məğlub olduqları qarşılaşmanı xatırladıb.

İdman.Biz “Globo”ya istinadən xəbər verir ki, Modriç həmin məğlubiyyətdən sonra komandanın özünü toparlayacağını və əsl gücünü göstərəcəyini bildirib.

“Problem məğlubiyyətdə deyil, imicdə idi. Əlbəttə ki, baş verənlərlə fəxr etmirik. Bilmirəm, İspaniya bizi necə qəbul edir, bizi qiymətləndirmirlər, ya yox. Amma dəqiq bilirəm ki, bir gün əvvəl gördüyünüz o sima - əsl Xorvatiya deyildi. Və biz bunu dəyişəcəyik. Dəyərimizi sübut etmək və Xorvatiyanın dünya futbolunda niyə belə hörmət qazandığını göstərmək üçün əla fürsətimiz var.

Mən məhz çətin zamanlarda burada olmaq istəyirəm. Futbol təkcə yaxşı anlardan ibarət deyil. Çətinliklərin öhdəsindən gəlməyi bacarmaq lazımdır və mən bu ölkə üçün oynamağımla fəxr edirəm”, – deyə Modriç vurğulayıb.

İdman.Biz