İnyesta “Qızıl top”un sahibini seçdi: “Ədalət naminə belə olmalıdır”

5 Oktyabr 2026 20:32
96
İnyesta “Qızıl top”un sahibini seçdi: “Ədalət naminə belə olmalıdır”

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta bu il “Qızıl top” mükafatını İspaniyalı futbolçunun qazanmasını istəyir.

İdman.Biz “SPORT-a istinadən xəbər verir ki, “Iniesta Experience”in təqdimatı zamanı İnyestadan bu ilki “Qızıl top” üçün favoritinin kim olduğu soruşulub. Rodri də əsas ispan namizədlərindən biri hesab olunur.

İnyesta fərdi mükafatın İspaniya təmsilçisinə verilməsini arzuladığını açıq şəkildə bildirib.

“Mən istərdim ki, bu, ispan oyunçu olsun. İstərdim, arzulayıram və ədalət naminə belə olmalı olduğunu düşünürəm”, – deyə o bildirib.

İspaniya millisindən hər hansı futbolçunun mükafatı qazanmasını qəbul edib-etməyəcəyi soruşulan İnyesta belə cavab verib:

“Bəli, bəli. Sonda bu, fərdi mükafatdır, amma hələ də 95% kollektivdir”.

İdman.Biz
Məqalədə: