Ronaldu yayda millidən getmək istəyib – Jezuş onu fikrindən daşındırıb

1 Oktyabr 2026 19:38
72
Ronaldu yayda millidən getmək istəyib – Jezuş onu fikrindən daşındırıb

Portuqaliyalı jurnalist Nunu Luiş Kriştianu Ronaldunun Portuqaliya millisindəki gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Luiş Ronaldunun dünya çempionatından sonra milli komandadan ayrılmaq qərarında olduğunu, lakin baş məşqçi Jorje Jezuşun onu fikrindən daşındırdığını bildirib.

“Baş verənlər yaxşı hal deyil. Bu, pis təəssürat yaradır. Portuqaliya Futbol Federasiyasının prezidenti baş verənlərə görə qəzəblənmişdi. Bu, belə bitə bilməz, çünki Kriştianunun keçmişi var. O, bizim tariximizdir. Dünya çempionatından sonra Kriştianu milli komandaya qayıtmamaqda qəti qərarlı idi.

Lakin yayda məşqçi Jorje Jezuş hər gün ona zəng edərək bu layihənin mütləq onunla olmalı olduğunu deyirdi. Hətta futbolçu ilə görüş də olub. Jorje Jezuş və Portuqaliya Futbol Federasiyasının prezidenti qəhvə içmək üçün onun evinə baş çəkiblər”, – deyə Luiş bildirib.

Qeyd edək ki, sentiyabrın 30-da Ronaldu Kopenhagendə olan Portuqaliya millisinin düşərgəsini narazı halda tərk edib və açıqlama yayaraq daha sonra "həqiqətləri" deyəcəyini vurğulayıb.

İdman.Biz