Tunis milli komandası oktyabrın 3-də Mali yığması ilə keçirilməsi planlaşdırılan yoldaşlıq oyununu ləğv edib.
İdman.Biz “Goal” nəşrinə istinadən xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
Qərarın əsas səbəblərindən biri Tunis millisində çoxsaylı zədələrin olmasıdır. Bundan əlavə, federasiya Mali ilə oyunda mümkün məğlubiyyətin komandanın FİFA reytinqində daha da geriləməsinə səbəb ola biləcəyindən ehtiyat edir.
Qeyd edək ki, dünya çempionatından sonra Tunis millisi reytinqdə 12 pillə geriləyərək 45-ci yerdən 57-ci sıraya düşüb. Bununla belə, turnirdən sonra FIFA-nın rəsmi reytinqi hələ yenilənməyib. Hazırkı onlayn reytinqdə isə Tunis 61-ci pillədə qərarlaşıb.
