Böyük Britaniyanın Baş naziri və Mançester şəhərinin sabiq meri Endi Bernem “Mançester Siti”nin sahiblərinin klubu satmaq qərarına gələcəyi təqdirdə bundan narahat olacağını bildirib.
İdman.Biz BBC-ə istinadən xəbər verir ki, Bernem “City Football Group” və klub sahiblərinin Mançesterə yatırdığı sərmayəni yüksək qiymətləndirdiyini deyib.
“Əgər biz onları itirsək, çox narahat olardım. Onlar müasir Mançesterin inkişafında və təbii ki, “Mançester Siti”nin bu gün olduğu qlobal qüvvəyə çevrilməsində böyük tərəfdaş olublar. Mən “City Football Group”a və klubun sahiblərinə təkcə “Etihad” stadionuna və onun ətrafındakı kompleksə deyil, həm də şəhərin özünə yatırdıqları sərmayəyə görə həqiqətən minnətdaram”, - Bernem bildirib.
Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada maliyyə qaydalarını pozmaqla bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bilindiyi barədə məlumat yayılıb. İttihamlar maliyyə məlumatlarının düzgün təqdim edilməməsi, futbolçulara və məşqçilərə ödənişlər, həmçinin maliyyə nəzarəti tələblərinə riayət edilməməsi ilə bağlıdır.
