“Real Madrid” futbol klubunun prezidenti Florentino Peres və “Barselona” nümayəndələri Kataloniya klubunun böhtanla bağlı iddiası üzrə barışdırıcı iclasa çağırılıblar.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, görüş noyabrın 25-də Madriddə keçiriləcək. “Barselona” Peresdən verdiyi bəyanatları təkzib etməyi və geri götürməyi tələb etmək niyyətindədir.
“Real” rəhbəri dinləməyə gəlməzsə və ya sözlərini geri götürməkdən imtina edərsə, Kataloniya klubu cinayət işi qaldırılması üçün müraciət etmək niyyətindədir.
Münaqişəyə Peresin ötən ilin mayında verdiyi açıqlamalar səbəb olub. “Real” prezidenti rəhbərliyi dövründə klubun İspaniyada yeddi çempionluq qazandığını bildirib. Onun sözlərinə görə, madridlilərdən “yeddi titul oğurlanmasaydı”, bu rəqəm 14 ola bilərdi.
Barışdırıcı dinləmənin nəticələri araşdırmanın gələcək gedişatını müəyyənləşdirəcək.
