Rusiya millisinin məşqçisi Nikolay Pisarev Madridin “Real” klubu, komandanın baş məşqçisi Joze Mourinyo və futbolçu Vinisius Junior barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Pisarev Madrid klubunu hazırda komanda hesab etmədiyini vurğulayıb.
“Mourinyonun gəlişi ilə heç nə dəyişməyib. O, Vinisiusu tərbiyə etmir, hələlik dözür. “Real” cəmi bir matçda qol buraxmayıb. Mourinyo ümumiyyətlə heç cür təsir göstərmir. Sakit oturub, Vinisiusu yola gətirmir, heç yerə qarışmır. Onlar komanda deyil. Onlar özbaşına yaşayırlar”, – deyə Pisarev sosial şəbəkələrin birində danışarkən bildirib.
Qeyd edək ki, İspaniya La Liqasında keçirilən altı oyundan sonra “Real” 15 xal toplayıb və turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan üç xal geridədir.
