PSJ Hakiminin durumunu açıqladı

18 Sentyabr 2026 17:59
85
PSJ Hakiminin durumunu açıqladı

Fransanın PSJ futbolkomandasının müdafiəçisi Əşrəf Hakiminin zədəsindən sonra bərpa prosesi davam edir.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ötən həftəsonu “Brest”lə matçın ilk hissəsində zədələnib. Sonradan onun sağ bud nahiyəsində yüngül zədələnmə aşkarlanıb.

Paris klubu Hakiminin vəziyyəti ilə bağlı yeni məlumat yayıb. Bildirilib ki, mərakeşli futbolçu bərpa proqramı çərçivəsində artıq meydanda fərdi məşq edir.

Bu isə onun “Marsel”lə qarşıdakı Liqa-1 matçını qəti şəkildə buraxacağı anlamına gəlmir. Hakiminin həmin görüşdə iştirak edib-etməyəcəyi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, “Brest”lə oyun PSJ-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz
Məqalədə: