Asiya Çempionlar Liqası Elit turnirinin birinci turunda BƏƏ-nin “Əl-Ayn” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandaları qarşılaşıblar.
İdman.Biz xəbər verir ki, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 25-ci dəqiqədə “Əl-Ayn”ın hücumçusu Husin Rahimi açıb. 63-cü dəqiqədə Rahimi dubl edib. 72-ci dəqiqədə isə Sufyan Rahimi “Əl-Nəsr”in qapısına üçüncü topu vurub. 85-ci dəqiqədə isə meydan sahiblərinin digər hücumçusu Georgios Yakumakis matçda son nöqtəni qoyub – 4:0.
Qeyd edək ki, “Əl-Nəsr”in heyətində Kriştiano Ronaldu da meydana çıxıb.
Növbəti turda “Əl-Ayn” oktyabrın 12-də səfərdə İraqın “Əl-Kuva” klubu ilə qarşılaşacaq. “Əl-Nəsr” isə həmin gün evdə Özbəkistanın “Neftçi” (Fərqanə) komandasını qəbul edəcək.
