Çempionlar Liqasının ilk turunda kimlər parladı? – UEFA rəmzi yığmanı açıqladı

11 Sentyabr 2026 19:59
87
Çempionlar Liqasının ilk turunda kimlər parladı? – UEFA rəmzi yığmanı açıqladı

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün ümumi mərhələsinin birinci turunun ən yaxşı futbolçularından ibarət rəmzi yığması açıqlanıb.

İdman.Biz xəbər verir ki, UEFA-nın X sosial şəbəkəsindəki rəsmi hesabında təqdim etdiyi heyət belədir:

Qapıçı: Tibo Kurtua (“Real” Madrid).

Müdafiəçilər: Arçi Braun (“Fənərbağça”), Pau Torres (“Aston Villa”), Mark Bartra (“Betis”), Serjino Dest (PSJ).

Yarımmüdafiəçilər: Martin Baturina (“Komo”), Martin Edeqor (“Arsenal”).

Hücumçular: Ferran Torres (PSJ), Ermedin Demiroviç (“Ştutqart”), Rafinya (“Barselona”), Maykl Olise (“Bavariya”).

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Turnirin ötən mövsümünün finalında Paris klubu London "Arsenal"ına qalib gəlib – 1:1, penaltilərlə 4:3. PSJ, həmçinin 2024/2025 mövsümündə də Çempionlar Liqasının qalibi olub.

İdman.Biz