Qazaxıstan millisinin və İngiltərənin “Börnli” klubunun hücumçusu Dastan Satpayev “Sabah”ın Çempionlar Liqasının ümumi mərhələsində “Mançester Yunayted”ə qarşı keçirdiyi matçı izləyib.
İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu qarşılaşmaya “Old Trafford” stadionundan baxıb.
Satpayevlə arenada çəkdirdiyi birgə fotosunu “Amkal” media-futbol klubunun yaradıcısı və prezidenti, rusiyalı bloqer German “El Klassiko” Popkov paylaşıb.
Qeyd edək ki, matçda “Sabah”ın qapısını Satpayevin həmvətəni Stas Pokatilov qoruyub. Qazaxıstan millisinin qapıçısı Bakı təmsilçisinin heyətində start heyətində meydana çıxıb.
Görüş “Mançester Yunayted”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
