İspaniyanın “Barselona” futbol klubu hücumçu Hamza Abdelkarimlə müqaviləni uzadıb.
İdman.Biz xəbər verir ki, Misir millisinin 18 yaşlı futbolçusunun Kataloniya klubu ilə yeni müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.
Abdelkarim 2026-cı ilin fevralında mövsümün sonunadək icarə əsasında “Barselona”ya qoşulub. Yayda isə klub futbolçunun transferini rəsmiləşdirib.
Misirli hücumçu əsas komanda ilə mövsümöncəsi hazırlıq keçib. O, 4 qol vuraraq “Barselona”nın hazırlıq matçlarındakı ən məhsuldar futbolçusu olub.
Abdelkarim avqustun 31-də “Rayo Valyekano” ilə görüşdə əvəzlənərək meydana daxil olub və “Barselona”nın heyətində rəsmi debütünü edib.
