İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurdu

11 Sentyabr 2026 18:13
79
İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurdu

İspaniyanın “Atletik” futbol klubunun hücumçusu İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçu video müraciətində azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Uilyams milli komandada çıxış etməyin ona Qana köklərini daha yaxşı hiss etməyə imkan verdiyini bildirib.

O, 2022-ci ilin payızında beynəlxalq idman vətəndaşlığını İspaniyadan Qanaya dəyişərək tarixi vətənini beynəlxalq arenada təmsil etmək qərarına gəlib.

İnyaki Uilyams Qana millisinin heyətində 28 oyun keçirib və 2 qol vurub. O, həmçinin yığmanın tərkibində 2022 və 2026-cı illər dünya çempionatlarında, eləcə də 2023-cü il Afrika Millətlər Kubokunda iştirak edib.

Hücumçu bundan sonra diqqətini tamamilə “Atletik”in La Liqadakı çıxışlarına yönəltmək niyyətindədir.

İdman.Biz