Paris klubu gender bərabərliyi qaydalarını pozduğuna görə cəzalandırılıb

10 Sentyabr 2026 19:45
49
Paris klubu gender bərabərliyi qaydalarını pozduğuna görə cəzalandırılıb

PSJ futbol klubu gender bərabərliyi qaydalarına əməl etmədiyi üçün Fransa Əmək Müfəttişliyi tərəfindən 2,7 milyon avro (5.4 milyon manat) məbləğində cərimələnib.

İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, sanksiya PSJ-nin ən çox qazanan 10 işçisi arasında qadınların olmaması ilə əlaqədardır. Cərimənin məbləği klubun 2022-ci ildəki gəlirinin 0,5 faizinə bərabərdir.

Sanksiya ilkin olaraq 2024-cü ilin martında tətbiq edilib və Fransa klubu cəriməni 2025-ci ilin yanvarında ödəyib. Lakin PSJ-nin vəsaitlərin geri qaytarılması ilə bağlı apellyasiya şikayəti rədd olunub.

Paris klubu öz mövqeyini peşəkar kişi futbolunun ağır maliyyə strukturunun ən yüksək maaş reytinqlərinə təsir etməsi və bu göstərici üzrə klubun manevr imkanlarını məhdudlaşdırması ilə əsaslandırıb.

Bununla belə, PSJ rəhbərliyi struktur dəyişikliklərinin həyata keçirildiyini və 2023-cü ildən etibarən bütün qanuni tələblərə əməl etdiklərini bildirib.

İdman.Biz