“Əl-Hilal” futbol klubunun rəsmi turnirlərdəki 55 oyunluq məğlubiyyətsiz seriyası başa çatıb.
İdman.Biz xəbər verir ki, Simone İnzaqinin rəhbərlik etdiyi komanda Səudiyyə Ərəbistanı Pro Liqasının altıncı turunda doğma meydanda “Neom”a 0:2 hesabı ilə uduzub.
Kalidu Kulibali 15-ci dəqiqədə avtoqol müəllifi olub. Amadu Kone isə 45-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Bununla da “Əl-Hilal” 47 çempionat oyunundan sonra ilk dəfə məğlub olub.
Qeyd edək ki, Ər-Riyad təmsilçisi 2026-cı il aprelin 13-də Asiya Çempionlar Liqasının 1/8 finalında “Əl-Sədd”ə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb. Lakin penaltilər seriyasında qeydə alınan nəticə rəsmi statistikada məğlubiyyət kimi hesablanmır.
Bu mövsüm Pro Liqasında ilk dəfə xal itirən “Əl-Hilal” 15 xalla turnir cədvəlinə başçılıq edir. “Neom” isə 12 xalla dördüncü pillədə qərarlaşıb.
