“Barselona”nın futbolçusu burnunu sındırıb – maska ilə oynayacaq

7 Sentyabr 2026 21:27
92
“Barselona”nın futbolçusu burnunu sındırıb – maska ilə oynayacaq

“Barselona”nın futbolçusu Erik Qarsiya komanda yoldaşı Rodri ilə toqquşma nəticəsində burnunu sındırıb.

İdman.Biz İspaniyanın “Sport” nəşrinə istinadən xəbər verir ki, müayinənin nəticələri ciddi narahatlığa səbəb olmayıb. Zədə futbolçunun çıxışını davam etdirməsinə mane olmayacaq. Lakin Qarsiya zədənin ağırlaşmaması üçün matçlarda qoruyucu maskadan istifadə edəcək.

Müdafiəçi artıq bazar ertəsi maska ilə məşqə çıxıb. Onun bazar günü İspaniya çempionatında səfərdə “Levante”yə qarşı keçiriləcək oyunda iştirakı gözlənilir.

Qarsiya Çempionlar Liqasının çərşənbə günü “Feyenoord”a qarşı keçiriləcək matçını isə zədə səbəbindən yox, diskvalifikasiya səbəbindən buraxacaq.

İdman.Biz