Keyn mövsümdə 73 qol vurmasından danışıb: “Mən özüm də bir az şokdayam”

7 Sentyabr 2026 20:43
98
Keyn mövsümdə 73 qol vurmasından danışıb: “Mən özüm də bir az şokdayam”

“Bavariya” və İngiltərə millisinin futbolçusu Harri Keyn ötən mövsüm “Qızıl top”u qazanmaq şanslarını və 73 qolluq nəticəsini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, TNT Sports-a açıqlamasında Keyn 73 qol vurduğunu qeyd edərək bunu Messi və Ronaldunun rekordları ilə müqayisə edib və bu rəqəmin özü üçün də şokedici olduğunu bildirib.

“İndi kimin qalib gələcəyi məndən asılı deyil. Qərarı səs verənlər verəcək. Ötən mövsüm birmənalı olaraq karyeramın ən yaxşısı idi. Sadəcə gözləmək və hər şeyin necə başa çatacağına baxmaq qalır.

Messi və Ronaldu dövründə böyümüşəm. Onlar illər ərzində futbolda üstünlük təşkil ediblər. Xatırladığım qədər, Messinin bir mövsümdə 82 qol vurduğu olub, Ronaldonun ən yaxşı göstəricisi isə 69 idi. Mənim üçün belə rəqəmlər həmişə inanılmaz görünürdü.

Onlar bizim nəslin, bəlkə də ümumiyyətlə futbol tarixinin ən böyük iki oyunçusudur. Ona görə də bir mövsümdə 73 qol vurmağım hətta özüm üçün də bir qədər şokedicidir”, – deyə o bildirib.

Qeyd edək ki, 2025/26 mövsümündə 33 yaşlı futbolçu Avropanın ən yaxşı bombardiri kimi “Qızıl buts” mükafatını qazanıb. Keyn bütün turnirlərdə ümumilikdə 73 qol vurub.

İdman.Biz