“Beşiktaş”ın “Hapoel” ilə matçının keçiriləcəyi ölkə açıqlanıb

7 Sentyabr 2026 19:59
105
“Beşiktaş”ın “Hapoel” ilə matçının keçiriləcəyi ölkə açıqlanıb

UEFA Avropa Liqasının liqa mərhələsində “Beşiktaş”la İsrailin “Hapoel” (Beer-Şeva) komandası arasında keçiriləcək matçın yeri dəyişdirilə bilər.

İdman.Biz xəbər verir ki, Türkiyə təmsilçisinin noyabrın 26-da evdə keçirməli olduğu qarşılaşmanın Gürcüstanda təşkil olunacağı iddia edilir.

Jurnalist Mehmet Arslan “Libre Sports”un “YouTube” kanalında qatıldığı proqramda bildirib ki, görüş Gürcüstanın Batumi şəhərində keçirilə bilər.

“Komandalarımız İsrail klubları ilə matçlarını ölkə xaricində keçirirlər. “Beşiktaş” da noyabrın 26-da “Hapoel Beer-Şeva” ilə qarşılaşmasını Gürcüstanın Batumi şəhərində keçirəcək. Orada 20 min nəfərlik stadion var. Güman edirəm ki, Sərdal Adalı bu məsələdə Prezidentin də fikrini alıb. Prezident də münasib bildikdən sonra matçı Gürcüstana aparıblar”, – deyə Arslan bildirib.

İdman.Biz