Polşa Ekstraklasasının yeddinci turunda “Lex” Poznan öz meydanında “Rakuv”u 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, görüşdə yeganə qol 71-ci dəqiqədə vurulub. Leo Benqtssonun zərbəsi rikosetdən sonra qapıya daxil olub.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Rakuv”un start heyətində meydana çıxıb və 79-cu dəqiqədə Adin Molnarla əvəzlənib. Amma buna baxmayaraq 90+4-cü dəqiqədə sarı vərəqə alıb.
“Rakuv” keçirdiyi altı oyunun heç birində hələ xal qazana bilməyib və sonuncu pillədə qərarlaşıb.
