Ronaldu məhsuldar ötürmə etdi, komandası “Əl-İttihad”a məğlub oldu

6 Sentyabr 2026 01:15
79
Ronaldu məhsuldar ötürmə etdi, komandası “Əl-İttihad”a məğlub oldu

Səudiyyə Ərəbistanı Pro Liqasının beşinci turunda “Əl-İttihad” doğma meydanda “Əl-Nəsr”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri artıq 4-cü dəqiqədə Corc İlenikenanın qolu ilə hesabı açıblar. O, 22-ci dəqiqədə dublunu rəsmiləşdirərək fərqi iki topa çatdırıb.

“Əl-Nəsr” 36-cı dəqiqədə fərqi azaldıb. Kriştianu Ronaldunun məhsuldar ötürməsindən sonra Anjelo fərqlənib. Lakin qonaqlar hesabı bərabərləşdirə bilməyiblər.

Bu nəticədən sonra 12 xalı olan “Əl-Nəsr” turnir cədvəlində ikinci, 11 xal toplayan “Əl-İttihad” isə dördüncü pillədə qərarlaşıb.

İdman.Biz