Xabi Alonso “Çelsi”də məlumat sızmasına qarşı tədbirləri gücləndirib

4 Sentyabr 2026 09:08
99
Xabi Alonso “Çelsi”də məlumat sızmasına qarşı tədbirləri gücləndirib

İngiltərənin “Çelsi” futbol klubunda məlumat sızmasına qarşı mübarizə gücləndirilib. Belə ki, kopmandanın baş məşqçisi Xabi Alonso klubda məxfilik səviyyəsini artırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, Alonsonun rəhbərliyi dövründə London klubunun bazasında təhlükəsizlik tədbirləri sərtləşdirilib. Buna səbəb ötən həftə iki nəfərin komandanın qapalı məşqini yaxından izləməsidir. Həmçinin, ispaniyalı mütəxəssis artıq matç üçün heyəti yalnız oyun günü elan etməyə başlayıb.

Qeyd olunur ki, ötən mövsüm “Çelsi”də klubun start heyətlərini sızdıran “krot”un olduğu aşkar ediləndə şok yaşanıb.

İdman.Biz