39 yaşlı futbolçu Ceymi Vardi İngiltərə Premyer Liqasına qayıda bilər.
İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, İngiltərə millisinin sabiq forvardı ilə müqavilə imzalamaq imkanını “Everton” araşdırır.
Vardi ötən mövsümü İtaliya A Seriyasında “Kremonese”nin heyətində keçirib. Hücumçu 29 matçda meydana çıxıb. O, həmin görüşlərdə 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Yay transfer pəncərəsində ingiltərəli futbolçu azad agent statusu qazanıb.
Yay transfer pəncərəsinin son günlərində “Everton”un hücumçusu Betu “Fiorentina”ya keçib. Həmçinin vinger İliman Ndiaye də komandanı tərk edərək “Mançester Siti” ilə müqavilə imzalayıb.
