Türkmənistan millisinin baş məşqçisi: “İnanırıq ki, Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

23 Oktyabr 2026 12:14
91
Türkmənistan millisinin baş məşqçisi: “İnanırıq ki, Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

“Turnirə yüksək səviyyədə hazırlıq getdiyini görürük. İnanırıq ki, dünya çempionatı son günədək bu səviyyədə davam edəcək və bütün komandalar burada xoş təəssüratlar qazanaraq dəyərli təcrübə əldə edəcəklər”.

İdman.Biz AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalında çıxış edəcək Türkmənistan futbol millisinin baş məşqçisi Aziz Kambarov deyib.

Komandasının şansları ilə bağlı suala da cavab verən mütəxəssis bütün variantların mümkün olduğunu qeyd edib. O, şanslardan maksimum yararlanacaqlarına ümid etdiyini bildirib.

Bundan başqa, çalışdırıcı xoş qarşılanmaya görə Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində təşkil olunacaq.

İdman.Biz