“Zaqatala” ilə oyunda daha böyükhesablı qələbə gözləyirdim”.
Bu sözləri “Gəncəbasar”ın futbolçuu Dilyen Açemi deyib.
Kamerunlu hücumçu komandasının Birinci Liqanın altıncı turunda “Zaqatala”ya qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
“Rəqibə hörmətlə yanaşırıq, amma düşünürəm ki, daha çox qol vura bilərdik. Bizim də digər komandalar kimi əsas hədəfimiz mövsümün sonunda çempionluğu qazanmaqdır. Ancaq qarşıda uzun yol var və hələ bizi çoxlu çətin oyunlar gözləyir”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
21 yaşlı futbolçu bombardirlər yarışındakı liderliyini qorumaq istədiyini bildirib:
“Bombardirlər yarışında liderliyi mövsümün sonuna qədər qoruyub saxlaya biləcəyimi indidən demək çətindir. Əsas odur ki, komandama fayda verim və qollarımla komandaya faydalı olum. Mövsümün sonunda necə olacağını zaman göstərəcək. Vuracağım qolların sayına gəlincə, bunu açıqlamaq istəmirəm. Bu, Allahla mənim aramda olan bir sirrdir”.
Qeyd edək ki, altı oyuna 12 qol vuran hücumçu Birinci Liqanın bombardiridir.
