Sənədləşmə işi bitəndən sonra Qubanı təmsil edəcək “Səbail” klubunun rəhbərliyi böyük layihələrə hazırlaşır.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, Qubada klubun futbol akamediyası üçün böyük kompleks tikiləcək.
Planda dörd təbii ot, iki süni örtüklü meydança və inzibati binaların salınması nəzərdə tutulub. Bu məqsədlə Türkiyənin “Altınordu” klubu ilə görüş keçiriləcək. Quba təmsilçisi ən yaxşı futbol akademiyalarından birinə malik klubun təcrübəsindən yararlanmaq niyyətindədir.
Qeyd edək ki, hazırda “Səbail”in U-17 və U-19 komandaları istisna olmaqla, digər bütün yaş qrupları üzrə kollektivləri liqa yarışlarında təmsil olunur. İnfrastruktur hazır olan kimi klubun bütün yaş qrupları Qubada fəaliyyət göstərəcək.
13:29
“Səbail” futbol klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, rəqibləri məhz Quba şəhərində qəbul etmək istəyirlər.
“Komandanın adının dəyişdirilməsi proseduru hələ başa çatmayıb, bu istiqamətdə işlər davam etdirilir. Klub rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionu ilə bağlı danışıqlar aparır. Yəqin ki, yaxın vaxtlarda həmin stadionda bərpa işlərinə başlanılacaq”- məlumatda qeyd olunub.
Qeyd edək ki, “Səbail” mövsümün startında ev matçlarını Binə qəsəbə stadionunda keçirib. Yeddinci turda “Gəncəbasar”la ev oyunu isə “Bank Respublika Arena”da baş tutacaq.
Komanda hazırda Birinci Liqada 11 xalla turnir cədvəlinin dördüncü sırasında yer alıb və lider “Gəncəbasar”dan dörd xal geridədir.
