AFFA iki komandaya texniki məğlubiyyət verib

23 Oktyabr 2026 14:17
117
AFFA iki komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

AFFA U-14 Qızlar Liqasının “Sabah” - “Ulduz FA” oyununda Əsasnaməyə uyğun yaş limitini pozduğu üçün qonaq komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-14 Qızlar Liqasının “Türkan” (Bakı) – “Neftçi” matçında isə Əsasnaməyə uyğun yaş limitini pozan meydan sahibi komandaya texniki məğlubiyyət verilib.

İdman.Biz