“Arsenal” tarixinin ən bahalı futbolçu satışını edib

3 Sentyabr 2026 21:15
103
“Arsenal” tarixinin ən bahalı futbolçu satışını edib

UEFA Çempionlar Liqasında “Sabah”ın rəqibi olan İngiltərənin "Arsenal" klubu futbolçusu Qabriel Martinellini Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına satıb.

İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 25 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.

Tərəflər arasında imzalanan müqavilənin müddəti dörd ildir və 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Məlumata görə, "Əl-Hilal" bu keçid üçün qarşı tərəfə 70 milyon avro (140 milyon manat) ödəyib. Bu isə “Arsenal” tarixində ən bahalı futbolçu satışı sayılır.

Martinelli 2019-cu ilin yayından “Arsenal”ın formasını geyinib. O, ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 53 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

İdman.Biz