Zidanın Fransa millisində ilk siyahısını açıqlayacağı tarix bəlli oldu

2 Sentyabr 2026 13:20
116
Zidanın Fransa millisində ilk siyahısını açıqlayacağı tarix bəlli oldu

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidanın yığmada ilk heyət siyahısını açıqlayacağı tarix müəyyənləşib.

İdman.Biz xəbər verir ki, 54 yaşlı mütəxəssis ilk siyahısını sentyabrın 18-də Bakı vaxtı ilə saat 20:00-da açıqlayacaq.

Təqdimat Fransa Futbol Federasiyasının Parisdəki mənzil-qərargahında keçiriləcək mətbuat konfransında baş tutacaq.

İyulun 28-də Fransa millisinin baş məşqçisi təyin olunan Zidan UEFA Millətlər Liqasının 2027-ci il mövsümünün qrup mərhələsində ilk dörd qarşılaşma üçün futbolçuları seçəcək.

Fransa sentyabrın 25-də səfərdə Türkiyə ilə, sentyabrın 28-də Brüsseldə Belçika ilə qarşılaşacaq. Komanda daha sonra oktyabrın 2-də İtaliyanı, oktyabrın 5-də isə Belçikanı “Stad de Frans”da qəbul edəcək.

Yığmanın ilk toplanışı sentyabrın 21-də Klarfontendə başlayacaq.

Zidanın məşqçilər korpusunun tam tərkibi isə sentyabrın 15-də açıqlanacaq.

İdman.Biz