“Barselona” iki futbolçusunun “Antverpen” və “Venesiya”ya keçidini açıqlayıb

2 Sentyabr 2026 09:08
108
“Barselona” iki futbolçusunun “Antverpen” və “Venesiya”ya keçidini açıqlayıb

İspaniyanın “Barselona” futbol klubu iki futbolçusunun komandadan ayrıldığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, “Antverpen” və “Barselona” müdafiəçi Alvaro Kortesin transferi ilə bağlı razılığa gəliblər. Kataloniya klubunun “X” sosial şəbəkəsində yaydığı məlumata görə, “Barselona” futbolçunun gələcək satışından müəyyən faiz əldə etmək hüququnu özündə saxlayıb.

Həmçinin Toni Fernandesin “Venesiyaya” icarəyə keçdiyi bildirilib. Kataloniya təmsilçisinin futbolçunu gələcəkdə geri almaq hüququ və onun növbəti satışından faiz əldə etmək imkanı var.

21 yaşlı Kortes ötən mövsüm əsas komandada cəmi bir oyunda meydana çıxıb. O, 2025/26 mövsümündə “Barselona B”nin heyətində 27 matç keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

18 yaşlı Fernandes də ötən mövsüm La Liqada bir oyun keçirib. O, klubun ikinci komandasında 24 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

İdman.Biz