Almaniya Bundesliqası klubları yay transfer pəncərəsində çoxlu sayda futbolçu alıb və satıblar.
İdman.Biz "Transfermarkt" portalına istinadən Bundesliqa klublarının transfer pəncərəsində 5 ən bahalı futbolçu satışını və alışını təqdim edir.
Bundesliqadan ən bahalı 5 satış:
"RB Leypsiq"dən "Real"a keçən yarımmüdafiəçi Yan Diomande – transferin dəyəri 125 milyon avro.
"Frayburq"dan "Aston Villa"ya keçən yarımmüdafiəçi Yohann Manzambi – 60 milyon avro.
Frankfurt "Ayntraxt"ından "Bavariya"ya keçən yarımmüdafiəçi Nataniel Braun – 50 milyon avro.
"Hoffenhaym"dan "Nyukasl Yunayted"ə keçən yarımmüdafiəçi Bazumana Ture – 50 milyon avro.
"RB Leypsiq"dən "Yuventus"a keçən hücumçu Lua Openda – 42,75 milyon avro.
Bundesliqanın ən bahalı 5 transferi:
PSV Eyndhovendən "Bavariya"ya keçən yarımmüdafiəçi İsmayıl Saybari – 50 milyon avro.
Frankfurt "Ayntraxt"ından "Bavariya"ya keçən yarımmüdafiəçi Nataniel Braun – 50 milyon avro.
"Genk"dən Dortmund "Borussiya"sına keçən yarımmüdafiəçi Konstantinos Karetsas – 30 milyon avro.
"Əl-İttihad"dan "Bayer"ə keçən hücumçu Mussa Diabi – 30 milyon avro.
"Strasbur"dan "Bayer"ə keçən müdafiəçi Gela Due – 30 milyon avro.
