“Everton” ABŞ millisinin futbolçusunun transferindən vaz keçə bilər

2 Sentyabr 2026 00:35
83
“Everton” ABŞ millisinin futbolçusunun transferindən vaz keçə bilər

ABŞ millisinin futbolçusu Folarin Balogunun “Everton”a transferi sual altına düşüb.

İdman.Biz insayder Fabris Hokinsə istinadən xəbər verir ki, “Monako”nun hücumçusu İngiltərə klubunda tibbi müayinədən uğurla keçə bilməyib.

Tərəflər daha əvvəl 25 yaşlı amerikalının keçidi ilə bağlı razılığa gəliblər. Transferin 45 milyon avro və bonuslar şəklində əlavə 5 milyon avro olmaqla ümumilikdə 50 milyon avroya (100 milyon manat) başa gələcəyi gözlənilirdi.

İdman.Biz