“Borussiya” Dortmund “Arsenal”ın yarımmüdafiəçisini icarəyə götürdü

1 Sentyabr 2026 23:54
740
“Borussiya” Dortmund “Arsenal”ın yarımmüdafiəçisini icarəyə götürdü

Dortmundun “Borussiya” futbol klubu “Arsenal”ın yarımmüdafiəçisi İtan Nvanerini icarəyə götürüb.

İdman.Biz xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. Razılaşmada futbolçunun satınalma hüququ yer almayıb. Məlumata görə, “Borussiya” Nvanerinin icarəsi üçün “Arsenal”a 5 milyon avro (10 milyon manat) ödəyəcək.

“Arsenal” yetirməsi olan 19 yaşlı ingiltərəli futbolçu 2025/26 mövsümünün ikinci yarısını “Marsel”də keçirib. O, Fransa klubunun heyətində 11 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz