Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu

1 Sentyabr 2026 18:35
93
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu

Davit Kroçeklə yollarını ayıran Polşanın “Rakuv” futbol klubunun rəhbərliyi vaxt itirmədən yeni baş məşqçisini təyin edib.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını geyindiyi Çenstoxova təmsilçisini bundan sonra Davit Şulçek çalışdıracaq.

36 yaşlı mütəxəssis bu təyinata qədər komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib. Rəhbərlik mövsümə uğursuz başlayan və turnir cədvəlinin son pilləsinə yuvarlanan komandanı böhrandan çıxarmaq işini daxili mühitə bələd olan Şulçekə həvalə etməyi məqsədəuyğun sayıb.

Davit Şulçek 2021–2024-cü illərdə “Varta Poznan” klubunun baş məşqçisi olub.

Qeyd edək ki, “Rakuv” mövsümə uğursuz başlayıb və hazırda Polşa çempionatında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

İdman.Biz