“Tottenhem” ukraynalı hücumçunu heyətinə qatmaq istəyir

31 Avqust 2026 22:22
85
“Tottenhem” ukraynalı hücumçunu heyətinə qatmaq istəyir

Londonun “Çelsi” futbol klubunun vingeri Mixail Mudrik “Tottenhem”in transfer radarına düşüb.

İdman.biz xəbər verir ki, “Tottenhem” ukraynalı futbolçunu “Liverpul”un ulduzu Kodi Qakpoya alternativ olaraq görür. Qakponun təxminən 100 milyon avroya (təxminən 197 milyon manat) “Mançester Siti”yə keçmək üzrə olması “Tottenhem”i Mudrik variantına yönəldib.

Mudriklə “Lids” də yaxından maraqlanır. Keçid baş tutacağı təqdirdə, futbolçu “Şaxtyor”dakı keçmiş baş məşqçisi Roberto De Dzerbi ilə yenidən bir araya gələ bilər. Lakin “Çelsi”nin öz oyunçusunu prinsipial rəqibinə satmağa razı olub-olmayacağı hələ ki dəqiq deyil.

Qeyd edək ki, Mudrik dopinq qalmaqalı səbəbindən iki ilə yaxındır meydanlardan kənardadır və sonuncu rəsmi matçını 2024-cü ilin noyabrında keçirib. London klubu onu 2022-ci ildə 70 milyon avroya (təxminən 137,9 milyon manat) transfer edib.

İdman.Biz